ADY: Bakı-Sumqayıt dəmir yolu xəttindəki stansiyalarda turniketlər quraşdırılır

ADY: Bakı-Sumqayıt dəmir yolu xəttindəki stansiyalarda turniketlər quraşdırılır
# 24 avqust 2015 09:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakı-Sumqayıt dəmir yolu xəttinə sərnişin qatarının buraxılması ilə bağlı son tamamlanma işləri görülür.

Bunu "APA-Economics"ə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

"Çalışırıq ki, sentyabrın 15-də Bakı-Sumqayıt sərnişin qatarını xəttə buraxaq. Bununla əlaqədar olaraq, proqramçılar öz işlərini görür. Onların əsas işi bilet satışının avtomatlaşdırılmış və nağd ödənişlə təmin edilməsidir. Hazırda Bakı, Koroğlu, Biləcəri və Sumqayıt stansiyalarında turniketlər qurulur. Sərnişin avtomat qurğulardan "Biznes" sinfinə aid bilet alarkən onun oturacağı yeri göstəriləcək. Yəni bu zaman sərnişin başqa yerdə otura bilməz. Ancaq "Ekonom" sinfinə aid olan biletlərlə sərnişin istədiyi yerdə otura biləcək. Hazırda bunun üzərində iş gedir".

QSC rəsmisi qeyd edib ki, ilkin mərhələdə biletlərin onlayn qaydada əldə olunması mümkün olmayacaq. Lakin adıçəkilən dəmir yolu xətti ilə hərəkət edəcək qatara onlayn rejimdə bilet sifariş etmək sərnişinlər üçün əlçatan olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR