Elmar Məmmədyarov Rusiya baş nazirinin müavini Dmitri Roqozinlə görüşüb - FOTO

Elmar Məmmədyarov Rusiya baş nazirinin müavini Dmitri Roqozinlə görüşüb - <span style="color: red;">FOTO
# 25 may 2015 18:04 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Elmar Məmmədyarov Dmitri Roqozini dünən və bu gün xarici işlər naziri Sergey Lavrovla və Dövlət Dumasının sədri Sergey Narışkinlər keçirdiyi görüşlər barədə məlumatlandırıb: “Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr apardıq”. Nazir Azərbaycanın I Avropa Oyunlarına hazırlığı barədə də danışıb: “Çox sevindiricidri ki, Avropa oyunlarına ən böyük nümayəndə heyəti Rusiyadan gələcək”.

Dmitri Roqozin Bakıya səfər etməyi, Avropa Oyunları üçün tikilən idman obyektlərinə baxmağı planlaşdırdığını söyləyib. O, Rusiya Həndbol Federasiyasının prezidenti və atıcılıq federasiyası Şurasının sədri olduğunu qeyd edib. D. Roqozin Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə sambonun Avropa Oyunlarının proqramına salınmasından məmnunluq ifadə edib.

Görüş zamanı Elmar Məmmədyarov və Dmitri Roqozin iki ölkə arasında sosial-iqtisadi əməkdaşlığa dair məsələlərin geniş spektorunu müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR