AFFA milli komandaya ispaniyalı baş məşqçi gətirdi

AFFA milli komandaya ispaniyalı baş məşqçi gətirdi
# 20 oktyabr 2014 13:01 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Joze Alesionun postunu tərk etməsindən sonra boş qalan baş məşqçi vəzifəsi ispaniyalı mütəxəssis Faustino Peres Moreno Qomesə həvalə olunub.

Onun postunda qalıb-qalmayacağı haqda qərarı isə AFFA-nın İcraiyyə Komitəsi verməlidir. Qurum bu məsələni növbəti iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Peres bir neçə gün əvvəl Azərbaycan çempionu “Araz”ın baş məşqçisi təyin olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR