"Sakarya-Fırat"ın ssenari müəllifi: “Mübarizin timsalında Azərbaycan türklərinin mübarizəsinə diqqət çəkmək istədik” - FOTO

"Sakarya-Fırat"ın ssenari müəllifi: “Mübarizin timsalında Azərbaycan türklərinin mübarizəsinə diqqət çəkmək istədik”  - <span style="color: red;">FOTO
# 28 mart 2013 14:06 (UTC +04:00)

APA-nın xəbərinə görə, serialın martın 27-də yayımlanan bölümündə Mübariz İbrahimovun necə şəhid olmasından bəhs edilib, “Mübarizi unutmayın!” çağırışı əksini tapıb. Bölümün sonunda Mübariz İbrahimovun fotosu Türk şəhidlərinin fotolarının asıldığı lövhəyə yapışdırılıb.

“Sakarya-Fırat” serialının ssenari müəllifi Süleyman Çobanoğlu “TRT Azərbaycan” saytının suallarını cavablandırıb. S. Çobanoğlu sayta müsahibədə Mübariz İbrahimovun hekayəsini mətbuatdan oxuduğunu deyib: “Türkiyə mətbuatında yer alan xəbərləri oxuduqdan sonra bütün hekayəni araşdırdım və Mübarizə heyran oldum. Elə o vaxtdan da bu qəhrəmanlıq hekayəsinə ssenaridə yer verməyi düşünürdüm. Bilirsiniz, “Sakarya-Fırat”ın mövzusu da vətənpərvərlik, qəhrəmanlıqdır. Ssenaridə yeri gəlincə, atmosfer yaranınca Mübarizin hekayəsini də işləmək qərarına gəldim. Bu vasitəylə Mübarizi də yad etmiş olduq. Buna görə çox xoşbəxtəm. Şəhidlərimiz unudulmamalıdır. Yeddi nəsil sonraya bu hekayələr çatdırılmalıdır”.

Senari müəllifi deyib ki, serialın rejissoru Osman Sınavla zaman-zaman Mübariz İbrahimovun hekayəsi ilə bağlı danışıblar və bu qərar hər kəsin razılığı ilə qəbul edilib: “Hər kəs də məmnun oldu. Çünki həm hekayə serialın ruhuna çox uyğundu, həm də Mübariz İbrahimovun fövqəladə şəxsiyyəti, mübarizəsi bizim hamımızda heyranlıq doğurmuşdu. Reaksiyalardan TRT rəhbərliyinin də, Türk ictimaiyyətinin də bu jestdən məmnun olduğunu gördük”.

“Mübariz İbrahimovun hekayəsində ən çox diqqətinizi çəkən nə idi” sualına S. Çobanoğlu belə cavab verib: “Onun özünü həsr etməsi, fədakarlığı. Hər hansı bir mənafe güdmədən, böyük bir fədakarlıqla mübarizə aparması, həqiqi qəhrəman olması. Bu cür qəhrəmanlıqlar, fədakarlıqlar unudulmamalıdır. Bu cür hekayələr yaşadılmalı, gələcək nəsillərə çatdırılmalıdır. Qəhrəmanları xalq yaşadır. Dünyanın hər yerində qəhrəmanlar bu cür hekayələrlə yaşadılır, yadda qalır. Biz də bu səbəbdən Mübariz İbrahimovun timsalında Azərbaycan türklərinin mübarizəsinə diqqət çəkmək istədik”.

Hər seriyadan sonra sosial mediada serialla bağlı nə yazıldığına, nə deyildiyinə diqqət yetirdiyini deyən ssenari müəllifi bu gün də sosial mediaya göz gəzdirincə canlı bir atmosfer gördüyünü vurğulayıb: “Azərbaycanlı qardaşlarımız sağ olsunlar, ürəkdən dəstək və minnətdarlıq hisslərini bölüşürlər. Biz “Sakarya-Fırat” serialında zaman-zaman Kərkük, Kıbrıs, Bosniya, Doğu Türküstan məsələlərinə diqqət çəkirik. Mübariz İbrahimovun hekayəsinə yer verməyimiz də cəmiyyətdə bizim yaxın coğrafiyamızda, qardaş ölkədə yaşananlarla və bu cür qəhrəmanlarla bağlı şüur yaranmasına xidmət etmək istəyimizdən irəli gəlir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR