Möhsün Pak Ayin: “Azərbaycanla ticarət və enerji sahəsində müştərək layihələrimiz gözlənilir”

Möhsün Pak Ayin: “Azərbaycanla ticarət və enerji sahəsində müştərək layihələrimiz gözlənilir”
# 15 iyul 2015 10:21 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib. O xatırladıb ki, Azərbaycan İrana qarşı sanksiyalara qoşulmamışdı, bunun özü də müsbət bir haldır: “Lakin bu sanksiyalar İranın bank sahəsinə də tətbiq olunduğuna görə, regionun bəzi ölkələri bank sahəsində bizimlə əməkdaşlıq etmirdi. Sanksiyalar aradan qalxdıqdan sonra bu sahədə də əməkdaşlıq genişlənəcək. Bizim Azərbaycanla ticarət və enerji sahəsində müştərək layihələrimiz gözlənilir. Düşünürəm ki, bu layihələr uğurla həyata keçiriləcək. Tranzit sahəsində əsas prioritet məsələ Rəşt- Astara dəmir yolu xəttinin tikintisinin başa çatdırılmasıdır. Ümidvaram ki, ölkələr daha sıx əməkdaşlıq edib, bu layihəni uğurla həyata keçirəcək. Neft və qaz sahəsində də iki ölkə arasında layihələr icra olunmaqdadır. Avqustda Azərbaycanın iqtisadiyyat və sənaye naziri İrana səfər edəcək. Eləcə də biz ilin sonuna kimi müştərək iqtisadi komissiyanın 10-cu iclasını Tehranda keçirməyi planlaşdırırıq. Bütün bunlar iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsinin nümunəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR