Türkiyədə hərbi çevriliş cəhdi nəticəsində ümumilikdə 194 nəfər həlak olub

Türkiyədə hərbi çevriliş cəhdi nəticəsində ümumilikdə 194 nəfər həlak olub
# 16 iyul 2016 10:11 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə– APA. Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi zamanı 41 polis, 2 hərbçi və 47 mülki şəxs, ümumilikdə 90 nəfər həlak olub.

APA-nın Türkiyə müxbirinin xəbərinə görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əvəzi, 1-ci ordunun komandanı, ordu generalı Ümit Dündar deyib.

Ü. Dündar 104 qiyamçı hərbçinin öldürüldüyünü, 1563 nəfərin həbs olunduğunu bildirib. O, çevriliş cəhdinin qarşısının alındığını bəyan edib.

APA-nın Türkiyə müxbirinin “Baş Qərargahda zəiflik, boşluq haradan yaranıb ki, çevrilişə cəhd olunub, Baş Qərargah rəisi, ordu komandanlarını girov götürüblər?” sualına Ü. Dündar belə cavab verib:

“Bu məsələ hələ çox təzədir. Bununla bağlı şərh verməyi düzgün saymıram. Zamanı çatanda onun da şərhi veriləcək. Hələlik bu barədə danışmaq istəmirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR