Azərbaycanın 5 rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycanın 5 rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
# 12 avqust 2014 07:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz nəqli sistemində payız-qış mövsümünə hazırlıq məqsədi ilə planlaşdırılmış təmir işlərinin aparılması ilə əlaqədar 2 gün müddətində Yardımlı rayonuna, eləcə də Lerik rayonunun bir hissəsinə, Qazax-Qazıməmməd magistral qaz kəmərində təmir işləri ilə əlaqədar işlər başa çatanadək Ağstafa rayonu və Tovuz rayonunun bir hissəsinə, saat 16:00-dək isə Goranboy şəhərinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR