“Atrabank” I rübdə aktivlərini artırıb

“Atrabank” I rübdə aktivlərini artırıb
# 25 may 2015 07:54 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Atrabank” ASC-nin aktivlərinin həcmi 2015-ci ilin I rübündə 103,882 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 44,03% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 24,86% artaraq 51,490 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 15,513 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 9,52% artım deməkdir.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 19,34% artaraq 11,646 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 8,14% azalaraq 20,788 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 18,651 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 14,56% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 2,37 dəfə artaraq 50,708 mln. manata çatdığı halda, nizamnamə kapitalı 2,23 dəfə artaraq 45 mln. 612,80 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 14,44% artaraq 1,677 mln. manat, xərcləri isə 39,5% artaraq 1,878 mln. manata çatıb.

Cari ilin ilk üç ayını bank 200,68 min manatlıq zərərlə başa vurub.

Hazırda bankın ölkə üzrə 13 filialı, 14 bankomatı, 52 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR