Bakı. Şəhriyar Əlizadə - APA. Qazaxda qətl hadisəsi baş verib.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 31-də Qazax rayonunun Aşağı Salahlı kəndində kənd sakini Ərəstun Hacıyev münaqişə zəminində həmkəndlisi İlyas Veysəlova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
İ. Veysəlov hadisə yerində ölüb.
Qazax rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.