Son 8 ildə Dövlət Proqramı çərçivəsində 3184 azərbaycanlı gənc xaricdə təhsil alıb

Son 8 ildə Dövlət Proqramı çərçivəsində 3184 azərbaycanlı gənc xaricdə təhsil alıb
# 19 dekabr 2014 11:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində bu günə kimi 3184 nəfər xaricdə təhsil alıb.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Alimlərinin I Qurultayında çıxışı zamanı deyib ki, proqram çərçivəsində son 2 ildə seçilmiş 572 tələbədən 330 nəfər magistratura, 45 nəfər doktorantura, 65 nəfər dissertantura pilləsində təhsil almaq hüququ qazanıb.

Nazirin sözlərinə görə, hazırda “2016-2020-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil üzrə” yeni Dövlət Proqramının hazırlanması istiqamətində işlər aparılır: “Bu layihədə ali təhsil müəssisələri üçün elmi kadrların yetişdirilməsi, ali məktəb müəllimlərinin təcrübə keçmə və ixtisasartırma, professor-müəllim heyətinin mübadiləsinə mühüm yer verilib. Eyni zamanda əcnəbi professor-müəllim heyətinin Azərbaycanın ali məktəblərində tədris prosesinə cəlb olunması təmin ediləcək. Bu layihə nəticəsində ali təhsil müəssisələrində kreativ düşüncəli gənc alimləri yetişdirmək mümkün olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR