® Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimləri treninqlərdə iştirak ediblər - FOTOSESSİYA

<font color=red>® </font>Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimləri treninqlərdə iştirak ediblər - <span style="color: red;">FOTOSESSİYA
# 20 noyabr 2015 13:46 (UTC +04:00)

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 56 nəfər müəllimi 16-19 noyabr 2015-ci il tarixlərində ADA Universitetində keçirilmiş “Təhsildə 4 K (Kreativlik, Kritik düşüncə,Kommunikasiya, Kooperasiya) bacarıqları : səriştəyə əsaslanan XXI Əsr təhsili və müəllimin peşəkar inkişafı” mövzusunda təşkil olunmuş 4 günlük təlim kursunda uğurla iştirak edərək sertifikatlar almışlar.

Bu treninqdə respublikanın müxtəlif məktəb müəllimləri iştirak edərək təcrübə mübadiləsi apardılar, təlimçi-müəllimlər Saidə Nəbiyeva, Elmina Kazımzadə, Bahar Kərimova, Gültəkin Allahverdiyeva, Abbas Abbasov tərəfindən təqdim olunan mövzularda maraqlı və əhatəli məlumatlar aldılar.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində daim pedaqoji kollektivin təkmilləşdirilməsi sahəsində işlər aparılır. Müəllimlər beynəlxalq (Böyük Britaniya, Almaniya, Rusiya, Türkiyə və s.) və yerli treninqlərdə uğurla iştirak edirlər. Xarici dillər kafedrasının ingilis dili üzrə baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xumar Qazıyeva 14-19 noyabr 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə Paris Sorbonne Universitetinin təhsilin inkişafına həsr edilmiş təlimlərində uğurla iştirak edərək müvafiq sertifikatla təltif olunmuşdur. Bu sahədə işlər gələcəkdə də davam etdiriləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR