Kanadada naməlum şəxs lotereyada 40 mln dollar udub

Kanadada naməlum şəxs lotereyada 40 mln dollar udub
# 09 avqust 2015 00:28 (UTC +04:00)

Bakı-APA. Kanadanın Alberta bölgəsində naməlum şəxs populyar milli “Lotto Max” lotereyasında 50 mln Kanada dolları (40 mln ABŞ dolları) udub. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə lotereya təşkilatçılarının açıqlamasında bildirilir.

“Uduşu təmin edən 7 rəqəm bunlardır: 5, 13, 20, 37, 39, 40 və 41. Uduşlu bilet təqdim edildikdən sonra onun sahibinin kimliyi məlum olacaq”, deyə şirkət nümayəndəsi bildirib.

Əhali arasında populyar olan və “cek-pot”unun 50 mln-dək Kanada dolları təşkil edən “Lotto Max” lotereyası Kanadada 2009-cu ildən oynanılır. Uduşu əldə etmək üçün 1-dən 49-dək yeddi əsas rəqəmi doğru qeyd etmək gərəkdir. Bundan başqa, 6-7 ikincidərəcəli mükafatlar da oynanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR