Bu ilin əvvəlindən Azərbaycanın sığorta bazarı 3,5% artıb

Bu ilin əvvəlindən Azərbaycanın sığorta bazarı 3,5% artıb
# 16 oktyabr 2014 08:21 (UTC +04:00)

Bakı. APA-Economics - Musa Əhmədov. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 28 sığorta şirkətinin xətti ilə təxminən 314,1 mln. manat sığorta haqqı toplanıb.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov məlumat verib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,75 mln. manat və ya 3,5% çoxdur.

2014-cü ilin ilk 9 ayında sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə təxminən 116,4 mln. manat təşkil edib. Bu da 2013-cü ilin eyni dövrünə nisbətən 27,85 mln. manat və ya 31,5 % çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 37,1 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-sentyabr aylarında 29,2 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR