Bakıda “Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar” mövzusunda konfrans keçirilib

Bakıda “Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar” mövzusunda konfrans keçirilib
# 07 iyun 2016 09:46 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə “Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar” mövzusunda elmi konfrans keçirilib.

APA-nın məlumatına görə, universitetin rektoru Ədalət Muradov bildirib ki, elm və təhsilin vəhdəti ilk növbədə “ali təhsil” statusuna yiyələnmiş şəxslərin peşəkar işçi kimi yetişməsi deyil, xüsusilə elmi və araşdırma istiqamətli karyera quruculuğuna xidmət etməsidir. Onun sözlərinə görə, universitetlər təkcə təhsil verən qurum deyil, həm də elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərməlidir.

AMEA prezidenti Akif Əlizadə isə çıxışında qeyd edib ki, rəhbəri olduğu qurum Təhsil Nazirliyi ilə birlikdə universitetlərlə əlaqələri genişləndirməyi qarşısına məqsəd qoyub.

A. Əlizadə gələcəkdə elm və təhsil mərkəzlərinin yaradılmasının vacibliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR