İran XİN: Nüvə proqramına dair danışıqlar bütün gecə boyu davam edəcək

İran XİN: Nüvə proqramına dair danışıqlar bütün gecə boyu davam edəcək
# 31 mart 2015 02:15 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN nümayəndəsi Həmid Bəyadinejad bildirib.

Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri də danışıqlarda çətinliklərin qaldığını qeyd edərək diskussiyaların gecə boyu davam edəcəyini bildirib.

“Bəli, biz müxtəlif səviyyələrdə danışıqları davam etdirəcəyik”, deyə o müvafiq suala cavabında bildirib.

RİA Novosti danışıqların nazirlər səviyyəsindən başqa bütün səviyyələrdə davam etdiyini bildirib.

Bundan əvvəl “altılıq” İran nümayəndələrinin iştirakı ilə bir plenar görüş, İran nümayəndə heyətinin iştirakı olmadan isə iki görüş keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR