Hüquq müdafiəçiləri 1 saylı Psixiatriya Xəstəxanasında və Məhkəmə-Psixiatriya Ekspertizasında monitorinq keçiriblər

 Hüquq müdafiəçiləri 1 saylı Psixiatriya Xəstəxanasında və Məhkəmə-Psixiatriya Ekspertizasında monitorinq keçiriblər
# 21 may 2015 11:31 (UTC +04:00)

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, xəstəxana xaricdən polis, daxildən isə sanitarlar tərəfindən mühafizə olunur: “Hazırda xəstəxanada 184 nəfər məhkum xəstə var. Onların 30-40 faizi ağır cinayət törədib. Son zamanlar xəstəxanada ölüm hadisəsi, oradan qaçan olmayıb. Xəstələrlə təklikdə görüşdük. Onlara qarşı münasibətdən bizə şikayət edən olmadı. Xəstələr gündə üç dəfə yeməklə təmin olunurlar, Səhiyyə Nazirliyi tərəfindən dərman preparatları verilir”.

E. Behbudov Məhkəmə - Psixiatriya Ekspertizasında da monitorinq keçirdiklərini deyib. Bildirib ki, hazırda orada 11 nəfər saxlanılır: “Əvvəllər orada şərait yaxşı deyildi. Hazırda təmir olunub və standartlara cavab verir. Orada məhkumlar 21 gün saxlanılır və ekspertizadan keçirilir. Monitorinq zamanı hər hansı qanun pozuntusu aşkar edilməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR