Bakıda avtomobil 68 yaşlı qadını vurub öldürüb - YENİLƏNİB

Bakıda avtomobil 68 yaşlı qadını vurub öldürüb - <span style="color: red;">YENİLƏNİB
# 03 oktyabr 2015 10:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 2-də saat 21 radələrində paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsində Bakı şəhər sakini Röyal İsayev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən şəhər sakini Səkinə Hacıxanovanı vurub. Xəstəxanaya yerləşdirilmiş S.Hacıxanova orada ölüb.


Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

***

10:25

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, rayon ərazisində naməlum avtomobillə 1947-ci il təvəllüdlü Səkinə Hacıxanova vurulub. S. Hacıxanova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR