"Gənclər və Sosial Məsuliyyət" adlı ictimai müzakirə keçirilib - FOTOSESSİYA

"Gənclər və Sosial Məsuliyyət" adlı ictimai müzakirə keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 01 sentyabr 2014 11:42 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Uşaq evində bir gün" layihəsi icra olunur. Fonddan APA-ya verilən məlumata görə, layihə çərçivəsində hazırlanan “Gələcəyimizə sığınaq...” adlı film ictimaiyyətə təqdim olunub. Həmçinin “Gənclər və Sosial Məsuliyyət” adlı ictimai müzakirə keçirilib.

Layihənin əsas ideyası gənclər arasında sosial məsuliyyətin artırılması və ictimai müzakirələrin təşkil olunmasıdır.

Təşkil olunan ictimai müzakirədə əsas çıxışçılar Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin idarə heyətinin üzvü Hökumə Kərimova və “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri Rövşən Nəcəfov olub.

Layihənin rəhbəri İbrahim Süleymanovdur.

İctimai müzakirədə təqdim olunan “Gələcəyimizə sığınaq...” adlı film: https://www.youtube.com/watch?v=0Krt6G1QjRI

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR