Bilgəh-Novxanı-Şamaxı istiqamətində inşa olunan yeni yolda tikinti işləri intensivləşib - FOTO

Bilgəh-Novxanı-Şamaxı istiqamətində inşa olunan yeni yolda tikinti işləri intensivləşib - <span style="color: red;">FOTO
# 25 iyul 2014 13:49 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bilgəh-Novxanı-Şamaxı istiqamətində inşa olunan yeni yolda tikinti işləri intensivləşib. Yolun 32-34-cü km hissəsində hamarlayıcı qatın vurulması başa çatdırılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə daxil olan məlumatda belə deyilir.

Belə ki, həmin hissədə bu gün səhər saatlarından asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Saray qəsəbəsinə aid olan 2 km-dən artıq məsafədə 2 qat asfalt-beton örtüyünün döşənməsi yaxın 15 gün ərzində yekunlaşacaq.

Bundan sonra sözügedən yolun Pirşağı qəsəbəsindən keçən 17-19-cu km hissəsində asfalt işlərinə start veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR