Şəkidə 7 yaşlı uşaq qaynar sudan yanıb

Şəkidə 7 yaşlı uşaq qaynar sudan yanıb
# 24 aprel 2015 08:40 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə 7 yaşlı uşaq qaynar sudan yanıb. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Aydınbulaq kənd sakini, 2008-ci il təvəllüdlü Süsən Çərkəz qızı Abbasova yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, yaşadığı evdə 7 yaşlı Süsən Abbasovanın üzərinə qaynar su dağılıb. Süsən Abbasovaya sağ qolun, belin, sarğı nahiyəsinin və kürəyin 2-ci dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR