Abşeronda toyda baş vermiş kütləvi davada 2 nəfər bıçaqlanıb - VİDEO

Abşeronda toyda baş vermiş kütləvi davada 2 nəfər bıçaqlanıb  - <span style="color: red;">VİDEO
# 23 sentyabr 2015 02:51 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə rayonun Aşağı Güzdək qəsəbəsində keçirilən toy məclisində baş verib. Yaralılar Bakıdakı Kliniki Tibbi Mərkəzə və Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına gətiriliblər. Kliniki Tibbi Mərkəzə çatdırılan Buksay Səhrab oğlu Zərbəliyevin vəziyyəti ağır olsa da, həkimlərin səyi nəticəsində həyatı təhlükəsi aradan qaldırılıb. Respublika Xəstəxanasına yerləşdirilən digər yaralının vəziyyəti isə, orta ağır qiymətləndirilir. Məlumata görə, paytaxt xəstəxanalarına gətirilən yaralılar Aşağı Güzdək qəsəbəsində keçirilən toyda baş verən kütləvi dava nəticəsində bıçaqlanıblar.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR