HƏMAS liderinin bacısı oğlu İsrailin Qəzzaya hava zərbəsi nəticəsində ölüb - VİDEO

HƏMAS liderinin bacısı oğlu İsrailin Qəzzaya hava zərbəsi nəticəsində ölüb - <span style="color: red;">VİDEO
# 12 iyul 2014 20:34 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə yerli Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl Kidr bildirib.

Onun sözlərinə görə, İsmayıl Həniyənin bacısı oğlu Nidal əl Maleş Qəzza şəhərinin Şeyx Raduan rayonuna endirilən hava zərbəsi nəticəsində həlak olan 7 nəfərdən biridir. İsrail ordusunun 5 gündür davam edən əməliyyatı zamanı artıq 128 fələstinli həlak olub, 940-dan çox insan yaralanıb.

Bundan əvvəl “Tvitter” sosial şəbəkədə İsmayıl Həniyənin adından dərc edilmiş məlumatda onun iki bacısı oğlu – Nidal və Əlinin həlak olduğu bildirilmişdi.

İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, “ŞABAK” kəşfiyyat xidməti ilə birgə hazırlanmış hava zərbəsinin hədəfi Nidal əl Maleş də daxil olmaqla 3 fələstinli silahlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR