Növbəti sınaq imtahanının nəticələri yaxın günlərdə elan olunacaq

Növbəti sınaq imtahanının nəticələri yaxın günlərdə elan olunacaq
# 13 aprel 2015 07:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 12-də növbəti sınaq imtahanı keçirib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Masallı, Balakən, Ağcabədi, Ucar, Bərdə, Ağdam, Şəmkir, Gədəbəy, Ağstafa, Göyçay, Ağsu, Goranboy, Qəbələ, Sabirabad, Şirvan, Lənkəran, Astara, Xaçmaz və Qusar şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 64 binada təşkil olunub. İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun keçirilib.

Qeyd olunub ki, bu gündən etibarən komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanılıb. Nəticələrin yaxın günlərdə elan olunması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR