Xilasedicilər Siyəzəndə qayalıqda köməksiz qalan şəxsə yardım edib

Xilasedicilər Siyəzəndə qayalıqda köməksiz qalan şəxsə yardım edib
# 05 iyun 2016 16:54 (UTC +04:00)

Bakı-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Siyəzən rayonu, Zarat kəndində 1 nəfərin qayalıq ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı hündürlüyü 30 metr olan qayalıq ərazidən endirib və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 16.25-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR