Mövlud Çavuşoğlu: “Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir”

Mövlud Çavuşoğlu: “Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir”
# 10 dekabr 2014 12:03 (UTC +04:00)

Bakı – APA. Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir.

APA-nın məlumatına görə, bu barədə özünün “Tvitter” səhifəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yazıb.

M. Çavuşoğlu həmçinin qeyd edib ki, tərəflər TANAP və Bakı-Tiflis-Qars kimi layihələrdə əməkdaşılığı davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Qarsda Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir. Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstan xarici işlər naziri Tamar Beruçaşvili iştirak edirlər.

Qeyd edək ki, toplantıdan əvvəl Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında ikitərəfli görüşlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR