Rauf Mirqədirovun həbs müddəti növbəti dəfə uzadılıb

Rauf Mirqədirovun həbs müddəti növbəti dəfə uzadılıb
# 06 may 2015 15:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.


Bu barədə APA-ya R. Mirqədirovun vəkili Elmar Süleymanov məlumat verib. Vəkil bildirib ki, Nəsimi Rayon Məhkəməsində keçirilən proses zamanı istintaq orqanın nümayəndəsi R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 6 ay uzadılmasını istəyib. Lakin məhkəmə həbs qətimkan tədbirinin müddətini 4 ay uzadıb .

E. Süleymanov həmin qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.

R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR