İngiltərə Futbol Assosiasiyası Yozef Blatterin qərarını alqışlayıb

İngiltərə Futbol Assosiasiyası Yozef Blatterin qərarını alqışlayıb
# 03 iyun 2015 02:51 (UTC +04:00)

Bakı-APA. İngiltərə Futbol Assosiasiyası (İFA) Yozef Blatterin FİFA-nın prezidenti vəzifəsindən istefa vermək qərarını alqışlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İFA-nın prezidenti Qreq Daykın bəyanatında bildirilir.

“Biz səslənən qərarı alqışlayırıq və bunun həm dünya futbolu həm də FİFA üçün gözəl xəbər olduğunu hesab edirik. Təşkilatda real islahatların aparılması üçün FİFA-nın yüksək menecment heyətinin dəyişməsi zəruri addım idi”, deyə bəyanatda bildirilir.

“Biz isə, öz növbəmizdə, FİFA-da müsbət dəyişiklikləri dəstəkləmək üçün əlimizdən gələni etməyə hazırıq”, deyə Dayk qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR