Vəli bəy Yadigarov haqda “Polkovnik” sənədli film çəkilir

Vəli bəy Yadigarov haqda “Polkovnik” sənədli film çəkilir
# 06 iyun 2015 10:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” studiyası və Polşanın “Kaleydoskop” kinostudiyası tərəfindən hərbi xadim Vəli bəy Yadigarov haqda “Polkovnik” sənədli film çəkilir.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, çəkilişləri Azərbaycan, Polşa və Gürcüstanda aparılan filmin Gürcüstan və Polşa çəkilişləri artıq yekunlaşıb, Azərbaycan çəkilişlərinin isə iyun-iyul aylarında tamamlanması nəzərdə tutulub.

Filmin rejissorları Tahir Əliyev və Leji Lyubax (Polşa), ideya müəllifi Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, prodüseri Nazim Hüseynovdur.

Filmin çəkilişlərində polşalı kinematoqraflar da iştirak edirlər.

Qeyd edək ki, Vəli bəy Yadigarov rus çar ordusunun tərkibində I Dünya müharibəsində iştirak edib, Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda korpus komandirinin yanında eskadron komandiri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR