Azərbaycan prezidenti monteneqrolu həmkarını təbrik edib

Azərbaycan prezidenti monteneqrolu həmkarını təbrik edib
# 12 iyul 2016 16:32 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Monteneqro prezidenti Filip Vuyanoviçə təbrik məktubu göndərib. APA-nın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab prezident. Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Monteneqro arasında genişlənməkdə olan əlaqələr, qarşılıqlı maraq doğuran əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına xidmət edəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına sülh və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR