Zaqatalada 84 yaşlı kişi intihar edib

Zaqatalada 84 yaşlı kişi intihar edib
# 15 iyun 2016 14:39 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov – APA. Zaqatalada intihar hadisəsi baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 14:00 radələrində Zaqatala rayon Suvagil kənd sakini, 1932-ci il təvəllüdlü Cəlal Əsədullah oğlu Fətəliyevin meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə asılı vəziyyətdə aşkar olunub.

Hadisə yerinə cəlb olunmuş hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı araşdırma zamanı Cəlal Fətəliyevin intihar etdiyi məlum olub.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (intihar həddinə çatdırma) cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR