Dünya fond bazarında əksər səhmlər bahalaşıb

Dünya fond bazarında əksər səhmlər bahalaşıb
# 24 dekabr 2014 06:34 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,36% - 18 024,17 bəndədək, S&P 500 0,17% - 2 082,17 bəndədək artıb, NASDAQ 0,33% - 4 765,42 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,33% - 6 598,18 bəndədək, Fransa CAC-40-ı 1,42% - 4 314,97 bəndədək, Almaniya DAX-ı isə 0,57% -9 922,11 bəndədək bahalaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 1,18% - 17 842,81 bəndədək, Hang Seng 0,07% - 23 349,34 bəndədək artıb, Shanghai 2,45% - 3 243,50 bəndədək azalıb.

COMEX-də qızılın bir unsiyasının qiyməti sonuncu hərraclarda 0,50 dollar bahalaşaraq 1 178,50, gümüşün qiyməti isə 0,01 dollar artaraq 15,78 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR