“DəmirBank” onlayn kredit sifarişlərinin qəbuluna başlayıb

“DəmirBank” onlayn kredit sifarişlərinin qəbuluna başlayıb
# 15 oktyabr 2014 08:23 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “DəmirBank” “GoldenPay” şirkəti ilə əməkdaşlıq çərçivəsində növbəti layihəni tətbiq edib.

Bankdan verilən məlumata görə, müştərilər öz kredit ödənişlərini artıq Azərbaycanın ən böyük onlayn xidmətlər portalı olan www.hesab.az vasitəsilə vaxt itirmədən, istənilən vaxt, olduqları məkandan asılı olmayaraq daha rahat ödəyə və “DəmirTaksit” kartları, kredit kartları və nağd pul krediti üçün onlayn müraciət edə bilərlər. Sayt üzərindən istər “AzeriCard”, istərsə də “MilliKart” Prossesinq Mərkəzlərində xidmət olunan bankların plastik kartları vasitəsilə kredit ödənişləri həyata keçirmək mümkündür. Bundan əlavə, digər yerli və xarici bankların Visa və MasterCard kartlarının, həmçinin “Azərpoçt”un plastik kartlarının sahibləri də “DəmirBank”ın kreditlərini www.hesab.az portalı vasitəsilə ödəyə bilərlər.

Saat 17:00-a kimi həyata keçirilən ödənişlər həmin gün, 17:00-dan sonra olan ödənişlər isə hesaba növbəti iş günü ərzində mədaxil olunur. Əməliyyat bankın qeyri iş günlərində aparılırsa, vəsait növbəti iş günü ərzində hesaba daxil olunur.

Portal üzərindən sifariş imkanı olan “DəmirTaksit” kartları heç bir partnyor şəbəkəsindən asılı deyil və bu da kart sahiblərinə POS terminal olan istənilən ticarət və xidmət mərkəzində rahat alış-veriş etmək imkanı verir.

“DəmirTaksit” sahibləri üçün ən böyük üstünlüklərdən biri də odur ki, kartdan istifadə zamanı ödənilən məbləği 1, 3, 6 və 12 aya bölərək hissələrlə ödəmək mümkündür. Digər bir üstünlük isə “DəmirTaksit” kartlarının avtomatik olaraq SMS məlumatlandırma xidmətinə heç bir xidmət haqqı tutulmadan qoşulmasıdır. Bu xidmət sayəsində müştəri aylıq ödənişlərlə bağlı əvvəlcədən məlumat əldə edə bilir.

“DəmirBank”, müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, peşə, ipoteka və sair kreditlər, eyni zamanda rəngarəngliyi və yüksək gəlirliliyi ilə cəlbedici olan geniş çeşidli əmanət növlərini təklif edir.

“GoldenPay” ASC, Azərbaycanın ən böyük onlayn xidmətlər portalı olan “Hesab.az” portalının sahibidir. “Hesab.az” mobil operatorlar, kommunal (elektrik, qaz, su və stasionar telefonlar) şirkətlər, internet provayderlər və kabel televiziyası operatorlarının xidmətlərini bank kartları vasitəsi ilə onlayn ödəmək imkanı verir. Həmçinin, portalda lizinq və bank kreditlərinin ödənişi, kredit və lizinq üçün müraciət və sığorta polislərinin onlayn rejimdə əldə edilməsi xidmətləri də göstərilir. Hazırda portalın 134 mindən çox istifadəçisi var. İstifadəçilərə “Şəxsi kabinet” yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR