Ağ evdəki mənbə: "Koalisiya qüvvələri Raqqa şəhərini İŞİD-dən azad etməyi planlaşdırır”

Ağ evdəki mənbə: "Koalisiya qüvvələri Raqqa şəhərini İŞİD-dən azad etməyi planlaşdırır”
# 05 oktyabr 2015 09:20 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri İŞİD-in paytaxtı hesab edilən Raqqa şəhərinin azad edilməsi istiqamətində əməliyyata başlamağı planlaşdırır.

APA-nın verdiyi xəbərə görə, bu barədə “The New York Times” nəşrinə Ağ evdəki mənbədən bildirilib.

Mənbənin məlumatına görə, ötən həftə ABŞ prezidenti Barak Obama yaxın həftələrdə İŞİD-ə qarşı hücumların olacağını təsdiqləyib, eləcə də Pentaqona Suriya müxalifətini silah-sursatla təmin etmək və Türkiyədəki bazadan hava hücumlarının gücləndirilməsi ilə bağlı təklifləri dəstəkləyib.

Obama administrasiyasının planının məqsədi kürd silahlı qüvvələrinə dəstək verməkdir.

İlkin mərhələdə Raqqanın ələ keçirilməsi nəzərdə tutulmasa da, şəhərin şimal-şərq və şimal- qərb əsas nəqliyyat magistrallarından təcrid edilməsi planlaşdırılır.

Qeyd edək ki, beynəlxalq koalisiya qüvvələrinə ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, Avstraliya və Fransa daxildir. Onlar İŞİD-ə qarşı quru əməliyyatları keçirən kürd birləşmələrinə yardım edirlər.

Türkiyə, Fransa, Almaniya, Qətər, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və ABŞ Rusiyanı Suriyada hərbi hava əməliyyatlarına son qoymağa çağıran bəyannamə imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR