Tovuzda 3 yaşlı uşaq avtomobili yandırıb, özü də xəsarət alıb

Tovuzda 3 yaşlı uşaq avtomobili yandırıb, özü də xəsarət alıb
# 14 noyabr 2014 11:48 (UTC +04:00)

Tovuz rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Düzqırıqlı kənd sakini, 2011-ci il təvəllüdlü Mehdiyev Qəzənfər Elşən oğlu bədənin 2-ci, 3-cü dərəcəli termik yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşağa tibbi yardım edildikdən sonra o, Gəncə şəhərinə aparılıb.

Uşağın yaxınlarının verdiyi məlumata görə, Qəzənfər valideynlərindən xəbərsiz həyətdə olan “VAZ 2106” markalı avtomobilə minib və orada səbəbi bilinməyən yanğın törədib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR