Heydər Əliyev prospektindəki yardımçı yolda su xəttinin dəyişdirilməsi tıxaca səbəb olub

Heydər Əliyev prospektindəki yardımçı yolda su xəttinin dəyişdirilməsi tıxaca səbəb olub
# 08 dekabr 2014 09:34 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərsu” ASC Şəfa stadionu ilə “Bağırov” körpüsünün arasında yerləşən ərazidə (Heydər Əliyev prospektindən “Koroğlu” metro stansiyası istiqamətində hərəkət edərkən yardımçı yolda) mövcud su xəttinin dəyişdirilməsi işlərinə başlayıb.

Bunu “APA-Economics”ə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

A. Cəbrayıllının sözlərinə görə, 300 millimetrlik su xəttinin 1500 metrlik hissəsi dəyişdiriləcək: “Su xəttinin 900 metrdən çoxu çəkilib. Səhər və axşam saatlarında yolda iş görülmür. Hərəkətin intensiv olduğu saatlarda nəqliyyatın hərəkətinə mane olmamaq üçün yol açıq olur. Ancaq əməkdaşlarımız ərazidə 24 saat işləyir”.

Qeyd edək ki, təmir-bərpa işlərinin iki günə yekunlaşacağı gözlənilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilir ki, təmir-bərpa işlərinin aparılması sözügedən ərazidə tıxacın yaranmasına səbəb olub.

Sürücülərdən alternativ olaraq H. Əliyev prospektindəki orta yoldan istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR