Liviyada hökumət qüvvələri ilə islamçılar arasında toqquşmalar olub

Liviyada hökumət qüvvələri ilə islamçılar arasında toqquşmalar olub
# 22 iyul 2014 13:22 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Liviyanın hərbi təyyarələri “Ansar əş-şaria” (Şəriət tərəfdarları) adlı islamçı qruplaşmanın Benqazidə yerləşən mövqelərinə zərbələr endirib.

APA-nın “Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, hava hücumuna səbəb ötən gecə islamçıların hökumət qüvvələrinin yerləşdiyi əraziyə hücum etməsi olub.

Həmin hücum nəticəsində 16 nəfər ölüb, 80 nəfər yaralanıb. Səhər saatlarında isə hökumətin nəzarət etdiyi Tripoli hava limanı minaatnalardan atəşə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR