Bakıda yanğında ölənlərin sayı 15-ə çatıb - VİDEO

Bakıda yanğında ölənlərin sayı 15-ə çatıb - <span style="color: red;">VİDEO
# 20 may 2015 07:06 (UTC +04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın APA-ya verdiyi məlumata görə, həmin şəxslərdən 34 nəfər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə, 2 nəfər 6 saylı şəhər xəstəxanasına, 4 Travmatologiya və Ortopediya İnstitutuna, 1 Yanıq Mərkəzinə yerləşdirilib. 15 nəfərə hadisə yerində yardım göstərilib.

Onun sözlərinə görə, hadisə yerindən 14 meyit götürülüb. Bundan başqa, 1 nəfər Klniki Tibbi Mərkəzdə vəfat edib. Bununla da hadisə nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Liya Bayramova xəsarət alanların çoxunun artıq evə buraxıldığını bildirib. Hazırda sadəcə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində 14 nəfər qalıb ki, onların da vəziyyəti yaxşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR