Göygöldə oğurluqda şübhəli bilinən şəxslər tutulub

 Göygöldə oğurluqda şübhəli bilinən şəxslər tutulub
# 29 sentyabr 2015 10:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Göygöl rayonunda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Quşqara kəndində 2 baş inəyi aparan Daşkəsən rayon sakini Coşqun Mikayılov və Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Həsənov Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və Göygöl rayon Polis Şöbəsinə təhvil veriliblər.


Araşdırmalar zamanı onların həmin inəkləri sentyabrın 28-nə keçən gecə Şəmkir rayonunun Könüllü kəndində yaşayan Elxan Qurbanovun həyətindən oğurlamaları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR