Asiya İnkişaf Bankının prezidenti Azərbaycana səfərə gələcək

Asiya İnkişaf Bankının prezidenti Azərbaycana səfərə gələcək
# 01 noyabr 2014 09:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Asiya İnkişaf Bankın (AİB) Prezidenti Takehiko Nakao noyabrın 3 və 4-də Azərbaycanda səfərdə olacaq.

Bankın Azərbaycandakı nümayəndəliyindən “APA-Economics”ə verilən məlumata görə, səfər zamanı T.Nakaonun ölkə rəhbərliyi ilə görüş keçirəcəyi gözlənilir.

Bundan başqa, T.Nakao AİB-in Rəhbərlər Şurasının 2015-ci il may ayında Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq işlərinin gedişatı ilə tanış olacaq, yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR