Vyetnam prezidenti Azərbaycana rəsmi səfər edəcək

Vyetnam prezidenti Azərbaycana rəsmi səfər edəcək
# 04 may 2015 08:58 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Vyetnamın prezidenti Truong Tan Sang mayın 13-də Azərbaycana rəsmi səfər edəcək.

APA-nın “vietnamnews.vn” saytına istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə reallaşdırılacaq səfər 3 gün davam edəcək.

Məlumatda Vyetnam prezidentinin Böyük Vətən Müharibəsi Qələbəsinin 70 illiyi ilə bağlı mərasimdə iştirak etmək üçün 7-9 may tarixlərində Rusiyaya səfər edəcəyi də bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR