Daha iki internet provayder "ExpressPay"ə qoşulub - FOTO

Daha iki internet provayder "ExpressPay"ə qoşulub - <span style="color: red;">FOTO
# 28 avqust 2015 09:14 (UTC +04:00)

Bakı - APA-Economics. "ExpressPay" ödəniş terminallarına “SuperOnline” və “Uninet/Stream” nternet provayderləri üzrə ödəmələr əlavə olunub.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, artıq müştərilər istifadə edəcəkləri internetin ödənişini "ExpressPay" terminalları vasitəsilə həyata keçirə bilərlər.

Hazırda ödəniş terminallarında "Expressbank"a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), "EmbaFinans" ("Embawood" və "Madeyra" mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, "Nikoil Bank", "PAŞA Sığorta", "Bakı taksi", mobil operatorlar, kommunal / rabitə ödənişləri ("Aztelekom" – BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

"ExpressPay" ödəniş terminalları üzrə müştəri xidmətini artırmaq məqsədilə “Qaynar xətt” xidməti yaradılıb. Artıq müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya "WhatsApp" vasitəsilə mesaj yaza bilərlər.

"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS-terminal və 270-dək "ExpressPay" ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR