Samux və Sumqayıtda ev yanıb

Samux və Sumqayıtda ev yanıb
# 09 noyabr 2014 02:39 (UTC +04:00)

Bakı-APA. Samux və Sumqayıtda ötən gecə yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Samux rayonu, Kolayır kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğın olub. Nəticədə evin 1 otağının tavanı 32 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan birmərtəbəli 1 otaqlı evdə yanğın olub. Nəticədə evin yanar konstruksiyaları və 30 kv.m sahədə kol-kos yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR