Bakı sakininin evindən silah götürülüb

Bakı sakininin evindən silah götürülüb
# 20 sentyabr 2014 09:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı sakininin evindən silah götürülüb.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sahil qəsəbə sakini Eyvaz Allahverdiyevin evindən nömrəsi silinmiş “AK” markalı silah, 110 ədəd müxtəlif çaplı patron və 2 ədəd patron darağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR