Sabah Azərbaycanda 22-27 dərəcə isti olacaq - VİDEO

Sabah Azərbaycanda 22-27 dərəcə isti olacaq - <span style="color: red;">VİDEO
# 15 oktyabr 2014 10:05 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, axşam buludluğun artacağı, gecəyə doğru bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16, gündüz 22-27 dərəcə isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Ayrı-ayrı rayonlarda çiskin olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq. Dağlarda isə gecə 4-8 dərəcə, gündüz 14-19 dərəcə isti proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR