Paşha Bank
Bank Of Baku

Bakıda bıçaqla kassiri hədələyərək pul alan yeniyetmə tutulub

Bakıda bıçaqla kassiri hədələyərək pul alan yeniyetmə tutulub
# 02 aprel 2019 13:51 (UTC +04:00)

Paytaxtın Yasamal rayonunda marketlər şəbəkəsinin kassirini bıçaqla hədələyib pul alan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, aprelin 1-də saat 9 radələrində Yasamal rayonu ərazisindəki marketlərin birinə gəlmiş naməlum şəxs orada satıcı işləyən qadını bıçaqla hədələyərək kassadakı  205 manatı aparıb.

28-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini olan 12 yaşlı yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR