SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunu modernləşdirmək üçün nizamnamə kapitalını artırır

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunu modernləşdirmək üçün nizamnamə kapitalını artırır
# 08 may 2015 10:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda aparacağı modernləşdirmə işləri üçün nizamnamə kapitalını artırır.

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

“SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılacaq modernləşmə işlərini Mərkəzi Bankdan aldığımız kreditlər hesabına həyata keçirəcək. Hökumət SOCAR-ın nizamnamə kapitalına vəsait yatıracaq ki, biz yenidənqurma işlərini aparaq”, - deyə R. Abdullayev qeyd edib.

SOCAR prezidenti qeyd edib ki, layihənin ümumi dəyəri 1,2 mlrd. manatdır. “Yekun qərar müvafiq tenderlərin nəticəsindən asılı olacaq. SOCAR-ın böyük bir qrupu bunun üzərində işləyir. Bunun üçün mənim rəhbərliyim altında komissiya yaradılıb. Layihənin gedişatı ilə bağlı hər həftə hökumətə məruzə edirik. İşlər yüksək sürətlə gedir”, - deyə R. Abdullayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR