Türkiyə terrorçulara qarşı mübarizədə yerli “ATAK” helikopterlərindən istifadə etməyə başlayıb

Türkiyə terrorçulara qarşı mübarizədə yerli “ATAK” helikopterlərindən istifadə etməyə başlayıb
# 04 may 2015 13:27 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Türkiyə Silahlı Qüvvələri terrorçuları zərərsizləşdirmək üçün “ATAK” helikopterlərindən istifadə etməyə başlayıb.

APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, artıq bu məqsədlə iki “ATAK” helikopteri terrorçuların məskunlaşdığı Siirt bölgəsinə göndərilib. Yaxın günlərdə Siirtdən başqa, Şırnak, Hakkari və Van bölgələrində də bu helikopterlərdən istifadə edilməsi planlaşdırılır.

Xatırladaq ki, “ATAK” helikopteri Türkiyənin yerli istehsalıdır və terrorçulara qarşı mübarizədə ilk dəfədir istifadə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR