Həbsdə olan ilahiyyatçının cinayət işi məhkəməyə göndərilib

 Həbsdə olan ilahiyyatçının cinayət işi məhkəməyə göndərilib
# 29 iyun 2016 10:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Vəkil Əfqan Məmmədovun APA-ya verdiyi məlumata görə, yaxın günlərdə cinayət işi üzrə məhkəmə prosesi başlayacaq: “Biz cinayət işinin materialları ilə tanış olmuşuq. Cinayət işində heç bir şahid, sübut yoxdur. Hesab edirik ki, bu iş xitam olunmalı idi”.

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR