Yazıçılar Birliyinin Quba bölməsinə sədr təyin edilib

Yazıçılar Birliyinin Quba bölməsinə sədr təyin edilib
# 18 mart 2015 10:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Tərcüməçi, “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlı Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin rəhbəri təyin olunub.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, xalq yazıçısı Anarın, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin, sədr müavini Nazim İbrahimovun və “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlının iştirakı ilə Quba rayonunda geniş toplantı keçirilib.

Toplantıda Quba rayonu ilə yanaşı Qusar, Xaçmaz və Şabran rayonlarından olan AYB üzvləri də iştirak ediblər. Toplantını AYB Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı açaraq Quba bölməsinin fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib.

Ramiz Qusarçaylı başqa bir işə keçməsini əsas gətirərək Quba bölməsinin sədrliyindən öz ərizəsi ilə istefa vermək istəyində olduğunu bildirib.

AYB-nin sədri, xalq yazıçısı Anar çıxışında Quba bölməsinin sədri Ramiz Qusarçaylının fəaliyyətini müsbət qiymətləndirdiyini, onun istefa ərizəsinin katiblik tərəfindən anlayışla qarşılandığını bildirib.

Katibliyin qərarı ilə “Qobustan” jurnalının baş redaktoru, tərcüməçi Vaqif Əlixanlı Yazıçılar Birliyinin Quba bölməsinə yeni sədr təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR