Azərbaycan prezidenti Estoniyanın sabiq prezidentini qəbul edib

Azərbaycan prezidenti Estoniyanın sabiq prezidentini qəbul edib
# 01 oktyabr 2014 11:10 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Estoniyanın keçmiş prezidenti Arnold Rüüteli qəbul edib.

APA – nın məlumatına görə, dövlət başçısı Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun yaxşı ənənə halı aldığını və tədbirə marağın ildən-ilə artdığını qeyd edib.

Prezident İlham Əliyev bu il Forumda dünyanın 60 ölkəsindən dövlət xadimlərindən və alimlərdən ibarət çoxlu nümayəndə heyətinin iştirak edəcəyini vurğulayaraq Bakı Humanitar Forumunun artıq mühüm beynəlxalq hadisəyə çevrildiyini deyib.

Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını bildirən A. Rüütel tədbirin dünyanın müxtəlif ölkələrinin və xalqlarının geniş dairəsini əhatə etməsinin önəmini vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Forumun hər il yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edən qonaq tədbirin mühüm əhəmiyyət daşıdığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR